NSK

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının V Qurultayı keçirilib.

Naxçıvan Sahİbkarlar Konfederasİyası

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V Qurultayı keçirilib.  

Tədbirdən əvvəl qurultay iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar.  Şəhidlər xiyabana gələn qurultay iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Daha Sonra ASK prezidenti Məmməd Musayev qurultayı açıq elan edib və Qurultay Azərbaycan himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Qeyd olunub ki, sahibkarlığa dövlət dəstəyi sisteminin tərkib hissəsi kimi sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parkları və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, ixrac missiyalarının təşkili və digər tədbirlər ölkəmizdə sahibkarlığın davamlı inkişafının təmin olunmasına və özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin artmasında mühüm rol oynayır.

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində özəl bölmənin payı artaraq ÜDM-də 84 faizə yaxın, məşğulluqda isə 76 faiz təşkil edir.
Qurultayda, həmçinin Türkiyə-Azərbaycan Biznes Şurasının (DEİK) sədri Selçuk Akat, Gürcüstan İşəgötürənlər Assosiasiyasının prezidenti Elquca Meladze, Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin (MKPP) vitse-prezidenti Vyaçeslav Pşeniçnikov çıxış edərək qurultayın işinə uğurlar arzulayıblar. Sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin hesabat çıxışı dinlənilib. Qeyd edilib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası ölkədə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və milli iqtisadiyyatın inkişafına istiqamətlənən bütün qərar və proqramların icrasında fəal iştirak edir. Hazırda konfederasiyanın tərkibinə 6000-dən artıq sahibkarlıq subyekti, o cümlədən 70-ə qədər iqtisadi və sosialyönümlü assosiasiya, holdinq, birlik, ittifaq və qeyri-hökumət təşkilatı, iri şirkətlər, banklar, sığorta təşkilatları və qrupları daxildir. Məmməd Musayev konfederasiyanın əvvəlki qurultaydan ötən müddətdə gördüyü işlər barədə qurultay iştirakçılarına məlumat verib. Açıq səsvermə zamanı qurultay nümayəndələrinin yekdil qərarı ilə Məmməd Musayev yenidən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti seçilib.