NSK
Naxçıvan Sahibkarlar Konfederasiyası
Haqqımızda

Naxçıvan Sahibkarlar Konfederasiyası

Naxçıvan Muxtar Respublikası Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası (NSK) Naxçıvan Muxtar Respublikasında işəgötürənlərin ictimai birliyi olub, mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla)  sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında fəaliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən, özünü idarə edən, ictimai-faydalı məqsədləri daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Məqsədimiz səmərəli idarəolunmanı təşkil etmək, sahibkarlığın inkişafı istiqamətində proqramların tərtib edilməsinə və həyata keçirilməsinə şərait yaratmaqdır.