NSK

Rumıniyanın fövqəladə səfiri Naxçıvan Biznes Mərkəzində sahibkarlarla görüşmüşdür.

Naxçıvan Sahİbkarlar Konfederasİyası

Rumıniyanın fövqəladə səfiri Naxçıvan Biznes Mərkəzində sahibkarlarla görüşmüşdür.

Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu Naxçıvanda səfərdə olub. Səfərin sonuncu günü səfir Biznes Mərkəzində naxçıvanlı sahibkarlarla görüşmüş, onlarla fikir mübadiləsi aparmış, eyni zamanda səfirə “Cahan Holdinq” barədə də geniş məlumat verilmişdir.
Rumıniya səfiri Daniel Kristian Çiobanu Naxçıvan Muxtar Respublikası ilə Rumıniya arasında ticarət və işgüzar əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparmış, iqtisadi əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi yolları araşdırılmışdır. Sonda Rumıniyanın fövqəladə və səlahiyyətli səfiri sahibkarlarla xatirə şəkli çəkdirmişdir.