Abbasov Vüqar Zakir oğlu 12 aprel 1974-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1981-1991-ci illərdə Naxçıvan şəhəri 7 saylı orta məktəbdə oxuyub və oranı qırmızı attestatla bitirmişdir. 1991-1996-cı illər Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisas dərəcəsini qırmızı diplomla bitirmişdir. 1998-2001-ci illər Naxçıvan Dövlət Universitetinin İqtisad-Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasını qırmızı diplomla bitirmişdir. 2008-ci ildən AMEA-nın İqtisad İnstitutunun dissertantıdır. 2015-ci ildə “Regional şəraitdə sahibkarlığın inkişafı” adlı doktorluq işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 10-a qədər elmi məqalənin müəllifidir. Bir çox beynəlxalq konfraslarda iştirak etmişdir. Çox sayda sosial və biznes layihəsinin təşkilatçısı, iştirakçısı və rəhbəri olmuşdur. 1995-ci ildən “Cahan Holdinq”in qurucusu və prezidentidir. 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədridir.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında fəaliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən qeyri-hökumət təşkilatıdır.
© 2021 NSK. All rights reserved.