NSK

Fərqlənən şirkətlər “Biznesdə uğur” mükafatına layiq görülüb.

Naxçıvan Sahİbkarlar Konfederasİyası

Fərqlənən şirkətlər “Biznesdə uğur” mükafatına layiq görülüb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində keçirilən tədbirdə “Biznesdə uğur – 2017” nominasiyası üzrə qalib gələn sahibkarlara mükafatlar təqdim edilib. Belə ki, “Biznesdə uğur – 2017” nominasiyası üzrə “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin Karbon Qazı Zavodu “İlin məhsulu”, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı “İlin şirkəti”, “Sumqala Tikinti Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti “İlin sahibkarı”, “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti “İlin ixracatçısı”, “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti “İlin yerli məhsul alıcısı” nominasiyalarına layiq görülüblər.