NSK

Naxçıvan şəhərində  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başlayıb.

Naxçıvan Sahİbkarlar Konfederasİyası

Naxçıvan şəhərində  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başlayıb.

Proqramda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 50-yə yaxın QHT-dən təmsilçilər iştirak edir. İki gün ərzində davam edəcək təlimlərdə “Layihələrin məqsəd və vəzifələrinin müəyyən edilməsi”, “Layihə tərəfdaşlarının, hədəf qrupları və benefisiarlarının təyin edilməsi və onların gözləntiləri”, “Layihənin icra planının hazırlanması” və s. kimi mövzularda QHT-lərin bilik və bacarıqları artırılacaq, praktiki qrup işləri təşkil olunacaq.

Təlimləri layihələrin tərtibi üzrə beynəlxalq dərəcəli ekspert aparacaq.