NSK

Azərbaycan şirkətləri fevralın 21-dən 25-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2021” beynəlxalq qida sərgisində iştirak ediblər.

Naxçıvan Sahİbkarlar Konfederasİyası

Azərbaycan şirkətləri fevralın 21-dən 25-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2021” beynəlxalq qida sərgisində iştirak ediblər.

Sərgidə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və investisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida sənayesi sahəsində fəaliyyət göstərən 15 şirkət öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində sərgiləyib. Azərbaycan pavilyonunda ölkəmizdə istehsal edilən meyvə və tərəvəz, qənnadı məmulatları, təbii şirələr, mineral sular, bal, süd, çay və digər məhsullar nümayiş olunub.
Beynəlxalq qida sərgisində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Cahan” Kommersiya Şirkətlər İtttifaqı, “Ləzzət Qida Sənaye” və “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli cəmiyyətləri də təmsil olunublar. Hazırda yerli məhsullarımızın tanıdılması və xarici bazarlara çıxarılması istiqamətində görüşlər keçirilir.
Qeyd edək ki, Körfəz hövzəsində və Yaxın Şərqdə ən böyük biznes platformalardan hesab olunan “Gulfood” beynəlxalq qida sərgisində iştirak edən Azərbaycan nümayəndə heyətinə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, “Cahan” Kommersiya Şirkətlər İtttifaqı prezidenti Vüqar Abbasov rəhbərlik edir.