“Davamlı İnkişaf üçün Qadınların Səlahiyyətləndirilməsi” layihəsinin icrası ilə bağlı müzakirələr aparılıb.
Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf proqramının icra etdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin gender həssaslı icrasında vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində həyata keçirilən “Davamlı İnkişaf üçün Qadınların Səlahiyyətləndirilməsi” layihəsinin icrası ilə bağlı müzakirələr aparılıb. Tədbirdə, Maliyyə Savadlılığı üzrə təlimlərin planlaşdırılması, təlim İştirakçılarının seçim meyarlarının nəzərdən kecirilməsi və 6 aylıq iş planı mövzuları müzakirə olunub. Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sektor müdiri tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında fəaliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən qeyri-hökumət təşkilatıdır.
© 2021 NSK. All rights reserved.