NSK

Biznes Mərkəzində Naxçıvan MR Sahibkarlar Konfederasiyasının 2018-ci ilin yekunlarına həsr olunan yığıncağı keçirilib.

Naxçıvan Sahİbkarlar Konfederasİyası

Tədbirdə Konfederasiyanın sədri Vüqar Abbasov bildirib ki, konfederasiya tərəfindən sahibkarların iştirakı ilə 2018-ci ildə 10-u biznes forum, 15-i sərgi, 1-i konqres və 3-ü işgüzar görüş olmaqla ümumilikdə 29 beynəlxalq tədbir keçirilib. 

Qeyd olunub ki, mütəmadi olaraq sahibkarlarla əlaqələr saxlanılır, istehsalın, ixracın stimullaşdırılması məqsədilə aparılan monitorinqlərdə onlara təklif və tövsiyyələr verilir. Yerli sahibkarların mənafeyi baxımından məhsulların kütləvi istehsalı dövründə sağlam rəqabət mühitinin yaradılması və daxili bazarın qorunması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Sahibkarlığa yeni başlamaq istəyən şəxslər üçün müvafiq kursların keçirilməsi məqsədilə tədris planı hazırlanıb. Muxtar respublikada sahibkarlar sinfinin daha da gücləndirilməsi, yeni sahibkarların formalaşdırılması məqsədilə Naxçıvan Biznes Mərkəzində sahibkarlığa başlamaq istəyən 60 nəfər üçün kurs təşkil edilib.Tədbirdə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə müdiri Zahid Qənbərov vergi məcəlləsinə edilən əlavə və dəyişikliklər, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı İsmayıl Məmmədov yaşıl dəhliz buraxılış sisteminin daima istifadə hüququnun təmin edilməsi, dayandırılması, ləğvi və bərpası qaydası barədə məlumatlar veriblər.Tədbirdə konfederasiyanın 2019-cu il üçün iş planı təsdiq olunub. Sahibkarların qarşılaşdığı problemlər müzakirə olundu.