Yaponiyalı qonaqlar Biznes Mərkəzində sahibkarlarla görüşüblər.
Yaponiyanın Okinava prefekturası parlamentinin sədri Kina Masaharunun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur.
Naxçıvan Biznes Mərkəzində yaponiyalı qonaqlarla yerli sahibkarların görüşündə “Cahan Holdinq”in nümayəndələri də iştirak etmiş, qonaqlara holdinq haqqında geniş məlumat verilmiş, yaponiyalı iş adamları ilə qarşılıqlı əlaqələrin qurulması istiqamətində fikir mübadiləsi aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında fəaliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən qeyri-hökumət təşkilatıdır.
© 2021 NSK. All rights reserved.