NSK

Naxçıvan Biznes Mərkəzində İstixana Kompleksləri Birliyinin yığıncağı keçirilmişdir.

Naxçıvan Sahİbkarlar Konfederasİyası

Oktyabrın 13-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan MR Sahibkarlar Konfederasiyasının təşəbbüsü ilə İstixana Kompleksləri Birliyinin yığıncağı keçirilmişdir.

Yığıncaqda Naxçıvan MR İqtisadiyyat Nazirliyinin və Quşçular Birliyinin nümayəndələri də iştirak etdilər. Yığıncağı Naxçıvan MR Sahibkarlar Konfederasiyasının sektor müdiri  Azər Cəfərov açdı. Daha sonra İstixana Kompleksləri Birliyinin sədri Elçin Bağırov mövcud problemlər və qarşıda duran vəzifələr haqqında çıxış etdi. Çıxışdan sonra Birliyin sədri və üzvləri öz təkliflərini bildirdilər. Yığıncağın sonunda A. Cəfərov sahibkarlara öz tövsiyələrini verdi və qəbul olunmuş təkliflər haqqında müvafiq orqanlara məlumat veriləcəyini bildirdi.